«Fənərbağça Ülkər Arena» rüşvətlə tikilib - QALMAQAL

"Fənərbağça Ülkər" basketbol klubunun ev oyunlarını keçirdiyi "Ülkər" İdman Arenasının inşası ilə bağlı qalmaqallı xəbər yayılıb.

Türkiyə mətbuatı yazır ki, "Kanaltürk"də yayımlanan "Futbolizm" verilişində qəzetçi Məhməd Baransu və adının açıqlamasını istəməyən bir şəxsin iddiasına əsasən, "Fənərbağça" İdman Klubu ilə Qatıgöy Bələdiyyəsi arasında rüşvət "çarxının" işləməsi nəticəsində həmin basketbol qurğusu ərsəyə gəlib.

Həmkarımız tikintiyə icazənin göstərilməməsi və inşaat ərazisinin sürətli olaraq genişləndiyi mövzu ilə bağlı müthiş ittihamlar səsləndirilib.

Bildirib ki, törədilmiş cinayətlə əlaqədar bu məkanın taleyi hazırda açıq qalıb.

Məsələ ilə bağlı Cümhuriyyət Xalq Partiyasından olan bələdiyyə başqanının keçirdiyi tenderdə "Fənərbağça"lı Nihad Özdəmirin fəal şəkildə yer almasını qeyd edən Baransu, idman qurğusunun açılışına Baş nazir Rəcəb Tayyub Ərdoğanın qatılmamasını da vurğulayıb.

Kamran Hacı
AzNews.az