Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda “Qarabağ”a 0:3 hesabı ilə uduzaraq mübarizəni dayandıran İsveç “Göteborq”unun baş məşqçisi Yörgen Lennartsson oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda “Qarabağ”a 0:3 hesabı ilə uduzaraq mübarizəni dayandıran İsveç “Göteborq”unun baş məşqçisi Yörgen Lennartsson oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

“Qarabağ bu gün qələbəyə layiq idi“ - Rəqib məşqçi

Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda “Qarabağ”a 0:3 hesabı ilə uduzaraq mübarizəni dayandıran İsveç “Göteborq”unun baş məşqçisi Yörgen Lennartsson oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.


AzNews.az xəbər verir ki, isveçli mütəxəssis oyunla bağlı bunları deyib:

- "Qarabağ"ı qələbə münasibətilə təbrik edirəm. Rəqib yaxşı komandadır. Yaxşı oyunçuları var. Onlar bu gün qələbəyə layiq idilər. Oyuna yaxşı başlamışdıq. Lakin künc zərbəsindən sonra qapımızda qol gördük. Bundan sonra rəqibin qarşısını ala bilmədik.

- Meydançanın vəziyyəti oyunun nəticəsinə təsir etdi?

- Hər iki komanda eyni şərtlər altında çıxış etdi. Bunu bəhanə etmirəm.

- Dünən mətbuat konfransında yaxşı əhval-ruhiyyədə idiniz. Bunu ilk oyundakı nəticəylə bağlamışdız. Bu gün necəsiniz?

- Əlbəttə, bu gün məğlub olduğumuza görə kədərliyəm. Ancaq yaxşı komandaya uduzduğumuzdan sevincliyəm.

- Bu nəticəni gözləyirdiz?

- Xeyr gözləmirdim. Qalib gəlmək istəyirdik, ancaq belə alındı. "Qarabağ"a uğurlar və qrup mərhəlsində "Mançester Yunayted"lə qarşılaşmasını arzulayıram.