İllərdir heç bir ciddi uğura imza atmadan fəaliyyət göstərən Reqbi Federasiyası dəyişiklik etmək istəyir. İllərdir heç bir ciddi uğura imza atmadan fəaliyyət göstərən Reqbi Federasiyası dəyişiklik etmək istəyir.

Eldəgiz Rəfibəyli sponsor axtarışına çıxdı - Xarici mütəxəssislər istəyir...

İllərdir heç bir ciddi uğura imza atmadan fəaliyyət göstərən Reqbi Federasiyası dəyişiklik etmək istəyir.


AzNews.az-ın əldə etdiyi məlumata görə, qurum böyüklərdən ibarət güclü milli komanda yaradıb, beynəlxalq dərəcəli böyük yarışlara göndərmək fikrindədir. Federasiya üzvləri də reqbi idman növünün inkişafı üçün aidiyyəti qurumlara müraciət ünvanlamaq istəyir.

Məlumata görə, müraciətdə komandaya xaricdən mütəxəssis və idmançı gətirilməsi istəniləcək. Federasiya rəhbərliyi xaricdən cəlb olunan mütəxəssis və idmançıların təcrübəsi sahəsində reqbi idman növünün Azərbaycanda da inkişaf etdirilə biləcəyini düşünürlər.

Daha bir məlumata görə federasiya ciddi maliyyə problemləri ilə üz-üzədir. Hətta qurum hər hansı şirkətin onlara sponsorluq etməsi üçün də çağırış edib, lakin heç bir yerdən səs çıxmayıb.

Qeyd edək ki, Reqbi Federasiyasına Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin əməkdaşı Eldəgiz Rəfibəyli rəhbərlik edir.

Aygün İLQARQIZI