Bolqarıstanda Dan Kolovun və Nikola Petrovun xatirəsinə həsr olunan beynəlxalq turnirin birinci günündə ilk finalçımız bəlli olub. Bolqarıstanda Dan Kolovun və Nikola Petrovun xatirəsinə həsr olunan beynəlxalq turnirin birinci günündə ilk finalçımız bəlli olub.

Rəsul Çunayev finalda

Bolqarıstanda Dan Kolovun və Nikola Petrovun xatirəsinə həsr olunan beynəlxalq turnirin birinci günündə ilk finalçımız bəlli olub.

AzNews.az xəbər verir ki, sayca 55-ci dəfə baş tutacaq turnirdə sərbəst, yunan-Roma və qadın güləşçilərdən ibarət yığma komandamızın üzvləri iştirak edir.

Yunan-Roma güləşi üzrə 71 kq-da mübarizə aparan Rəsul Çunayev (71 kq) yarımfinalda macarıstanlı sonuncu dünya çempionu Balint Korpasini məğlub edərək finala yüksəlib. Finalda güləşçimizin rəqibi Qırğızıstan təmsilçisi olacaq.

Digər güləşçimiz Taleh Məmmədov (59 kq) isə bürünc medal uğrunda görüşə çıxacaq.

Qadın güləşi yarışlarında mübarizə aparan Elis Manolova (69 kq) da bürünc medal görüşünə çıxacaq.

AzNews.az