Azərbaycanlı futbolçu Rusiya klubunda

Rusiyanın “Krılya Sovetov” klubu əslən azərbaycanlı futbolçu Azər Əliyevlə müqavilə imzalayıb.

AzNews.az Qol.az-a istinadən xəbər verir ki, tərəflər 1 illik müqaviləyə imza atıblar. 23 yaşlı yarımmüdafiəçi yeni komandasında "10 nömrə"li formanı geyinəcək.

Əliyev keçidi ilə bağlı Samara təmsilçisinin rəsmi saytına danışıb. Yarımmüdafiəçi bu keçidə çox sevindiyini bildirib: “İstəyirəm ki, komandamız azarkeşlərini həm öz oyunu, həm də yaxşı nəticələri ilə sevindirsin. Əlbəttə, qarşımızda durunda vəzifəni də anlayıram. Bunu yerinə yetirmək lazımdır".

"Krılya Sovetov" uzun illərdən sonra Premyer Liqanı tərk edərək I diviziona düşüb. Əliyev bunadək birinci divizion təmsilçisi "Yenisey"in heyətində 69 oyunda 5 qol vurub.