“Qarabağ” - “Atletiko” matçı bitdi - Qolsuz bərabərliklə yekunlaşdı + Yenilənib

Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turunda "Qarabağ” - "Atletiko" (Madrid) matçı başlayıb.

AzNews.az xəbər verir ki, oyunu Fransa Futbol Federasiyasından olan hakimlər briqadası idarə edir. "Qarabağ” rəqiblə mübarizədə topa daha yaxşı nəzarət edir. Birinci hissədə hesab açılmayıb. İkinci hissə başlayıb.

20:45

***

Oyunun ikinci hissəsində hesab açılmayıb. Əlavə ayrılan vaxt müddətində də qol vurulmayıb. Oyun “Qarabağ” - “Atletiko” 0-0 qolsuz bərabərliklə yekunlaşıb. Bununla da "Qarabağ" Çempionlar Liqasının qrup mərhələsində ilk xalını qazanıb.