- Köhnə - İdman
- 27 Yanvar 2018 17:51
- 6 298
“Real”da iki ciddi itki
"Real" iki ciddi itki ilə üzləşib.
AzNews.az qol.az-a istinadən xəbər verir ki, komandanın aparıcı futbolçuları Serxio Ramos və İsko zədələnib. Bu səbəbdən onların adı La Liqanın 21-ci turunda "Valensiya"ya qarşı oyun üçün iştirak ərizəsinə salınmayıb. Hər iki oyunçunun bərpa müddəti barədə məlumat verilməyib.
Qeyd edək ki, "Valensiya" - "Real" görüşü bu gün keçiriləcək.