- Köhnə - İdman
- 30 Yanvar 2018 17:04
- 7 816
“Neftçi” argentinalı və kolumbiyalı futbolçularla müqavilə bağlayıb
Türkiyədə təlim-məşq toplanışını başa vurmaq üzrə olan “Neftçi” heyətini gücləndirməkdə davam edir. Paytaxt təmsilçisi daha 2 futbolçunu transfer edib.
Qış fasiləsində İlkin Qırtımov, Fərid Abbaslı və Fransisko Xavyer Qarsiya ilə anlaşan “ağ-qaralar” bu dəfə 2 əcnəbi futbolçu ilə birdən müqavilə bağlayıb. Belə ki, argentinalı hücumçu Lukas Qomes və kolumbiyalı yarımmüdafiəçi Mayk Kampaz bakılılarla 1 illik sazişə qol çəkiblər.
Qomes yeni komandasında 9, Kampaz isə 12 nömrəli forma altında çıxış edəcək.
Qeyd edək ki, 31 yaşlı Lukas Qomes Venesuelanın “Deportivo Lara” klubundan transfer edilib. Mayk Kampazın isə son komandası Kosta-Rika təmsilçisi UCR olub(apasport).