- Köhnə - İdman
- 2 Fevral 2018 10:29
- 7 024
Millimiz bu gün ilk oyununu keçirəcək
Futzal üzrə Azərbaycan millisi Sloveniyada təşkil edilən Avropa çempionatının final mərhələsində bu gün ilk oyununu keçirəcək.
Trend-in məlumatına görə, komandamız Lyublyanadakı “Stojice Arena”da Fransa millisi ilə qarşılaşacaq.
Yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə saat 21:00-da) başlayacaq və "CBC Sport" telekanalında canlı yayımlanacaq oyunu Ancelo Qalante (İtaliya), Alessandro Malfer (İtaliya), Ondrej Çernidən (Çexiya) ibarət hakimlər briqadası idarə edəcək.
AzNews.az