- Köhnə - İdman
- 2 Fevral 2018 14:20
- 6 558
Elnur Məmmədliyə uduzmaq üçün 200 min pul təklif olunub – Etiraf

Azərbaycanın cüdo üzrə olimpiya çempionu Elnur Məmmədliyə 2007-ci il dünya çempionatı zamanı uduzması üçün pul təklif olunub.
AzNews.az xəbər verir ki, bu barədə 30 yaşlı idmançı "CBC Sport"da yayımlanan "İmza" verilişində açıqlama verib. Əminə Kazımovanın aparıcısı olduğu verilişdə Məmmədli türkiyəli idmançının təklif etdiyi məbləği qəbul etmədiyini bildirib: "Pulun məbləği kifayət qədər yüksək idi. Hardasa, 150 - 200 min. Həmin vaxt mən adi Elnur Məmmədli, 200 min isə az pul deyildi. Mən ona rədd cavabı verdim. Çünki mənim üçün əsas məsələ Azərbaycanın bayrağı, himni idi. İndi o, bizim dostumuzdur. Özü ilə imkan düşdükcə görüşürük".