- Köhnə - İdman
- 5 Fevral 2018 20:32
- 7 145
Azərbaycan - Portuqaliya oyununun hakimləri açıqlandı
Sloveniyada futzal üzrə Avropa çempionatının 1/4 final mərhələsində keçiriləcək Azərbaycan - Portuqaliya oyununun hakimləri açıqlanıb.
AzNews.az UEFA-ya istinadən xəbər verir ki, matçı Çexiya Futzal Federasiyasından Andrey Çerni idarə edəcək. Görüşün ikinci hakimi Xorvatiyadan Saşa Tomiç olacaq. Üçüncü hakim funksiyasını türkiyəli Kamil Çetin yerinə yetirəcək. Vaxta nəzarət edən hakim isə Vasilios Xristodoulis (Yunanıstan) olacaq.
Qeyd edək ki, Azərbaycan - Portuqaliya oyunu sabah Bakı vaxtı ilə 21:00-da başlayacaq.