- Köhnə - İdman
- 7 Fevral 2018 14:25
- 7 379
Millimiz Latviya ilə qarşılaşacaq
Futbol üzrə Azərbaycan milli komandasının daha bir yoldaşlıq oyunu keçirəcəyi dəqiqləşib.
AzNews.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığmamız Latviya ilə qarşılaşacaq.
Qurban Qurbanovun yetirmələri Baltikyanı ölkə təmsilçisi ilə iyunun 9-da üz-üzə gələcək. Yığmamız bu oyunu səfərdə keçirəcək.
Qarşılaşmanın keçiriləcəyi stadion və başlanma vaxtı hələlik dəqiqləşməyib.