Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyevin səhhətində problem yaranıb. Bu barədə təcrübəli mütəxəssisin ailə üzvləri məlumat veriblər. Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyevin səhhətində problem yaranıb. Bu barədə təcrübəli mütəxəssisin ailə üzvləri məlumat veriblər.

Böyükağa Hacıyev xəstəxanaya yerləşdirilib

Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyevin səhhətində problem yaranıb. Bu barədə təcrübəli mütəxəssisin ailə üzvləri məlumat veriblər.

AzNews.az Apa-ya istinadən xəbər verir ki, Hacıyev ürəyində yaranan problemlə əlaqədar xəstəxanaya yerləşdirilib. İnfarkt keçirdiyi məlum olan 59 yaşlı mütəxəssis təcili əməliyyata alınıb. Onun ürəyinə stend qoyulacaq.

Qeyd edək ki, Böyükağa Hacıyev “Bakı” və “Neftçi” klublarında çalışıb və hər iki komanda ilə ölkə çempionluğu qazanıb. O, həmçinin “Neftçi”ni Azərbaycanda ilk dəfə Avropa Liqasının qrup mərhələsinə yüksəldib.