2019-cu ildə Beynəxalq Boks Forumu Bakıda keçirilə bilər. 2019-cu ildə Beynəxalq Boks Forumu Bakıda keçirilə bilər.

Beynəxalq Boks Forumu Bakıda keçirilə bilər

2019-cu ildə Beynəxalq Boks Forumu Bakıda keçirilə bilər.

AzNews.az Trend-ə istinadən xəbər verir ki, bunu Rusiya Boks Federasiyasının baş katibi Umar Kremlev deyib.

O, forumun təşkili üçün Çin və Azərbaycandan təklif gəldiyini bildirib: "Bu forum hamıya maraqlı gəlib və hər il keçiriləcək. Düşünürəm ki, Boks günündə - iyulun 22-də növbəti forumun harada keçiriləcəyini dəqiq biləcəyik. İlkin olaraq forum fevralın əvvəlində Bakıda baş tutacaq. Lakin Çin də yaxşı şərtlər təklif edir".

Xatırladaq ki, ilk beynəlxalq forum 1-4 fevral tarixlərində Soçidə keçirilib.