- Köhnə - İdman
- 8 Fevral 2018 12:55
- 7 013
Millimizin rəqibi müəyyənləşdi
Futbol üzrə Azərbaycan milli komandası martın 23-də Bakıda yoldaşlıq oyunu keçirəcək.
AzNews.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, rəqib Belarus yığması olacaq.
Bakı Olimpiya Stadionunda təşkil olunacaq qarşılaşma saat 20:00-da başlayacaq. Bu, 2018-ci ildə Azərbaycan millisinin Bakıda oynayacağı ilk qarşılaşma olacaq.
Qeyd edək ki, Azərbaycan milli komandası Belarus yığması ilə tarixində üçüncü dəfə yoldaşlıq görüşündə üz-üzə gələcək. İlk qarşılaşma 1996-cı il mayın 27-də Belarusun Molodeçno şəhərində təşkil olunub. 2:2 hesablı heç-heçə ilə yekunlaşmış qarşılaşmada Azərbaycan yığmasının qollarını Ruslan İdiqovla hazırda millinin baş məşqçisi olan Qurban Qurbanov vurub.
2001-ci il fevralın 26-da Bolqarıstanın Albena şəhərindəki təlim-məşq toplanışına təsadüf edən matçda isə Belarus qalib gəlib - 1:0.
Qeyd edək ki, hazırda İqor Kriuşenkonun rəhbərlik etdiyi Belarus yığması Bakıdan sonra Lyublyanaya səfər edərək, martın 27-də Sloveniya ilə də yoldaşlıq oyununa çıxacaq.