- Köhnə - İdman
- 8 Fevral 2018 23:51
- 6 791
Millimizin rəqibi finala çıxdı
Sloveniyada keçirilən futzal üzrə Avropa Çempionatı davam edir.
AzNews.az xəbər verir ki, bu gün turnirin ilk yarımfinal matçı keçirilib.
1/4 finalda yığmamızın qapısından 8 top keçirən Portuqaliya Rusiya ilə üz-üzə gəlib.
3:2 hesablı qələbə qazanan Portuqaliya AÇ-2018-nin finalına adlayıb.
Qeyd edək ki, Avropa çempionatında digər finalçının adı isə Qazaxıstan - İspaniya matçında müəyyənləşəcək.