Mayın 12-də futbol üzrə Topaz Premyer Liqasının 27-ci turunun görüşləri keçiriləcək. Mayın 12-də futbol üzrə Topaz Premyer Liqasının 27-ci turunun görüşləri keçiriləcək.

Bu gün Topaz Premyer Liqasının 27-ci turunun görüşləri keçiriləcək

Mayın 12-də futbol üzrə Topaz Premyer Liqasının 27-ci turunun görüşləri keçiriləcək.

AzNews.az xəbər verir ki, bir günü əhatə edəcək tura “İnter Arena”da oynanılacaq “Keşlə” – “Qarabağ” görüşü ilə start veriləcək. Rəşad Əhmədovun idarə etdiyi oyun saat 17:00-da başlayacaq.

Turun digər oyunları saat 19:00-dan start götürəcək. “Qəbələ” klubu səfərdə “Sumqayit” ilə qarşılaşacaq. “Zirə” komandası “Kəpəz”i, “Neftçi” isə “Səbail”i qəbul edəcək.

Hazırda 62 xalı olan “Qarabağ” çempionluğu vaxtından əvvəl bayram edib. “Qəbələ” klubu 46 xalla ikinci, “Neftçi” ilə “Sumqayıt” 40 xalla üçüncü və dördüncü yerləri bölüşdürürlər.

Digər pillələrdə isə müvafiq olaraq, “Zirə” (38 xal), “Keşlə” (25), “Səbail” (23) və “Kəpəz” (14) klubları qərarlaşıblar(azərtac).