Mayın 12-də futbol üzrə Türkiyə Superliqasının XXXIII turunda lider “Qalatasaray” öz meydanında “Yeni Malatyaspor”la qarşılaşıb. Rəqibini 2:0 hesabı ilə məğlub edən İstanbul təmsilçisi çempionluğa doğru daha bir addım atıb. Mayın 12-də futbol üzrə Türkiyə Superliqasının XXXIII turunda lider “Qalatasaray” öz meydanında “Yeni Malatyaspor”la qarşılaşıb. Rəqibini 2:0 hesabı ilə məğlub edən İstanbul təmsilçisi çempionluğa doğru daha bir addım atıb.

“Qalatasaray” çempionluğun bir addımlığında

Mayın 12-də futbol üzrə Türkiyə Superliqasının XXXIII turunda lider “Qalatasaray” öz meydanında “Yeni Malatyaspor”la qarşılaşıb. Rəqibini 2:0 hesabı ilə məğlub edən İstanbul təmsilçisi çempionluğa doğru daha bir addım atıb.

AZƏRTAC xəbər verir ki, matçın 1-ci dəqiqəsində “Qalatasaray”ın heyətində Younes Belhanda, 12-ci dəqiqəsində isə Bafetimbi Qomis fərqlənib. Younes Belhandanın 30-cu saniyədə vurduğu qol cari mövsümdə Türkiyə çempionatında vurulan ən erkən qol olub.

Beləliklə, bu oyundakı qələbə sayəsində “Qalatasaray” xallarının sayını 72-yə çatdırıb və Superliqadakı liderliyini qoruyub. Ondan üç xal geri qalan “Başakşehir” turnir cədvəlində ikinci yeri tutur. “Fənərbağça” 66 xalla üçünü üçüncü, “Beşiktaş 65 xalla dördüncü sırada qərarlaşıb. “Trabzonspor” 49 xalla beşincidir.

“Qalatasaray” çempionatın son turunda səfərdə “Göztəpə”yə məğlub olmayacağı təqdirdə çempionluğunu rəsmiləşdirəcək.

Qeyd edək ki, tur çərçivəsində mayın 13-də çempionluq uğrunda mübarizə aparan komandalardan “Beşiktaş” səfərdə “Osmanlıspor”la, “Fənərbağça” isə mayın 14-də səfərdə “Karabükspor”la qarşılaşacaq.

AzNews.az