- Köhnə - İdman
- 13 May 2018 16:02
- 7 493
Pedro "Qarabağ"dan ayrıldı
Pedro Enrikenin “Qarabağ”dan ayrılması rəsmiləşib.
AzNews.az klubun rəsmi saytına istinadən xəbər verir ki, cari mövsümün əvvəlində Yunanıstanın PAOK klubundan 1 illik icarə əsasında Ağdam təmsilçisinə keçən yarımmüdafiəçi Azərbaycanı tərk edib.
Belə ki, icarə müddəti başa çatan futbolçuyla yeni müqavilə imzalanmayıb.
Qeyd edək ki, Enrike “Qarabağ”ın heyətində çıxdığı 26 matçda 6 qola imza atıb.