UEFA Türkiyənin "Qalatasaray" futbol klubunu cəzalandırıb. UEFA Türkiyənin "Qalatasaray" futbol klubunu cəzalandırıb.

UEFA "Cimbom"u cərimələdi

UEFA Türkiyənin "Qalatasaray" futbol klubunu cəzalandırıb.

"Report"un "Haberturk"ə istinadən verdiyi məlumata görə, Avropa ali futbol qurumu "cim-bom"a 2016-cı ildə maliyyə "fair-play" qaydalarını pozduğu üçün 15 milyon avro məbləğində cərimə kəsib.

Qərara əsasən, bunun 6 milyonu nağd olmaqla, qalan 9 milyonu isə şərtlər yerinə yerinə yetirilmədiyi təqdirdə ödəniləcək.

Bundan başqa, komanda avrokuboklarda 21 futbolçu ilə mübarizə aparacaq. Tərəflər arasında razılaşma 4 il müddətinə keçərli olunduğundan futbolçu sayı hər mövsümdə bir nəfər artmaqla 25-ə çatacaq.

Eyni zamanda aslanlar 2018-19 mövsümündə 20, 2019-20 mövsümündə 10 milyon avro ziyan etməlidir, 2020-21 mövsümünü isə zərərsiz başa vurmalıdır.