- Köhnə - İdman
- 15 İyun 2018 20:55
- 11 100
Mərakeş-İran oyununda dramatik sonluq - İlk avtoqol
Bu gün B qrupunun ilk qarşılaşması oynanılıb.
AzNews.az xəbər verir ki, İran və Marakeş mililərinin qarşılaşması dramatik sonluqla başa çatıb.
Belə ki, oyunboyu Mərakeş yığması üstün oldu. Lakin əsas vaxta əlavə olunmuş dəqiqələrdə standart vəziyyətdən vurulan bir qol görüşün taleyini müəyyən edib.
Mərakeşli müdafiəçinin vurduğu avtoqol İrana qələbə qazandırdı.
Aziz Bouhaddouzun vurduğu bu qol cari Dünya Çempionatında vurulan ilk avtoqol olub.
Beləliklə də, görüş İran yığmasının 1-0 hesablı üstünülüyü ilə başa çatıb.