- Köhnə - İdman
- 15 İyun 2018 21:30
- 8 556
Ronaldu həbs edilir?
“Real”ın hücumçusu və Portuqaliyanın milli yığmasının futbolçusu Kriştianu Ronaldu vergidən yayındığı üçün şərti olaraq iki il müddətinə azadlıqdan məhrum edilib.
Oxu.Az-ın verdiyi xəbərə görə, bu barədə “El Mundo” ispan nəşri məlumat yayıb.
Futbolçu şərti cəzayla və 18,8 milyon avro məbləğində cərimə ödəyəcəyinə razılaşıb. Bu məbləğə 2011-ci ildən 2014-cü ilə qədər bütün vergi ödəmələri, həmçinin cərimələr də daxildir.
Aznews.az