Qötze ona verilən addan imtina etdi



Almaniyanın və Borusiya Dortmundun ulduzu Mario Qötze, ona verilən "Almaniyanın Messisi" ləqəbindən imtina edib.

AzNews.az xəbər verir ki, mətbuat konfransında jurnalistlərin ona bu ləqəblə müraciətindən məmnun qalmayan gənc futbolçu, bu adı qəbul etmədiyini bildirib. Səbəb kimi isə o, Ronaldonun heyranı göstərib.
"Mənim oyunum Leonel Messidən çox Kristiano Ronaldonun oyununa bənzəyir" - Qötze belə deyib.

Qeyd edək ki, Mario Qötze formasını geyindiyi Borusiya Dortmund ilə Çemionlar Liqasında mübarizəni davam etdirir.

Fərid
AzNews.az