Azərbaycan şahmatçısı Teymur Rəcəbov Böyük Britaniyanın paytaxtı Londonda davam edən İddiaçılar Turnirində uğursuz çıxışının səbəbini açıqlayıb. Lent.az-ın məlumatına görə, 26 yaşlı şahmatçı oyun praktikasının yoxluğundan şikayətlənib. Azərbaycan şahmatçısı Teymur Rəcəbov Böyük Britaniyanın paytaxtı Londonda davam edən İddiaçılar Turnirində uğursuz çıxışının səbəbini açıqlayıb. Lent.az-ın məlumatına görə, 26 yaşlı şahmatçı oyun praktikasının yoxluğundan şikayətlənib.

Teymur Rəcəbov məğlubiyyətinin səbəbini açıqladı

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Böyük Britaniyanın paytaxtı Londonda davam edən İddiaçılar Turnirində uğursuz çıxışının səbəbini açıqlayıb. Lent.az-ın məlumatına görə, 26 yaşlı şahmatçı oyun praktikasının yoxluğundan şikayətlənib.




Rəcəbov deyib: "Son turnirlərdən birində oynamalı idim. Lakin ailə vəziyyətim buna imkan vermədi. Gördüyünüz kimi, fevralın 23-dən martın 1-dək İsveçrənin Sürix şəhərində keçirilmiş turnirdə mübarizə aparanlar İddiaçılar Turnirinə çox da yaxşı başlamadılar. Amma indi onlar yaxşı formadadırlar".

Qeyd edək ki, İddiaçılar Turnirində 9 turdan sonra Teymur Rəcəbov 3 xalla 8 şahmatçı arasında sonuncu pillədə qərarlaşıb.


AzNews.az