Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Azərbaycan Kubokunun “Neftçi” və “Xəzər Lənkəran” arasında baş tutan final matçından sonra baş verənlərə münasibət bildirib. Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Azərbaycan Kubokunun “Neftçi” və “Xəzər Lənkəran” arasında baş tutan final matçından sonra baş verənlərə münasibət bildirib.

““Xəzər Lənkəran”dan olanlara görə üzr istədim“

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Azərbaycan Kubokunun “Neftçi” və “Xəzər Lənkəran” arasında baş tutan final matçından sonra baş verənlərə münasibət bildirib.




"Təşkilatçılığın yüksək səviyyədə olması üçün biz gecələri yatmırdıq. Fikrimcə, bu matçı çox gözəl şəkildə təşkil etməyi bacardıq. Amma 2-3 nəfərin hərəkətinə görə bütün bunlar kölgədə qaldı. Məhz elə bunun nəticəsidi ki, artıq heç kim yaxşı təşkilatçılıqdan, oyundan danışmır. Ancaq davadan söhbət gedir. Sabah AFFA İntizam Komitəsinin növbəti iclası keçiriləcək. Günahkarlar mütləq cəzalandırılacaqlar. Əlbəttə, oyun başa çatan kimi, mən də meydana düşmək məcburiyyətində qaldım. "Xəzər Lənkəran"dan olanlara görə üzr istədim. Xahiş etdim ki, mükafatlandırma mərasiminə qatılsınlar". (Azerispot.az)

AzNews.az