Premyer Liqada II tura yekun vuruldu

Bu gün Premyer Liqada II tura yekun vurulub. Trend-in məlumatına görə, son oyun günündə daha üç qarşılaşma keçirilib.

İlk turda "Qarabağ"a uduzan "İnter" bu turda səfərdə "Qəbələ"nin qonağı olub və 2:3 hesabı ilə rəqibinə məğlub olub.

"Xəzər Lənkəran" klubu doğma azarkeşləri önündə "Simurq"la qarşılaşıb. Oyunda hesab açılamayıb.

Avropa Liqasında yeganə təmsilçimiz olan "Qarabağ" klubu isə bu tur evdə "Sumqayıt"ı sınağa çəkib. Ağdam təmsilçisi rəqibinə aman verməyərək 5:1 hesablı qələbə qazanıb.

Qeyd edək ki, Premyer Liqada III turun oyunları 17-19 avqust tarixlərində keçiriləcək.

AzNews.az