FİFA-nın prezidenti Azərbaycana gəlir

FİFA-nın prezidenti Yozef Blatter Azərbaycanda keçiriləcək futbol üzrə U-17 qadınlararası dünya çempionatının açılış mərasimində iştirak edəcək. AzNews.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata əsasən, bununla bağlı FİFA-dan rəsmi məlumat artıq göndərilib.

Xatırladaq ki, qadınlararası dünya çempionatının açılış mərasimi sentyabrın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək, çempionatın özü isə 22 sentyabr-13 oktyabr tarixlərində keçiriləcək.

Emin
AzNews.az