Dünən futbol üzrə Çempionlar Liqasında qrup mərhələsinin son turunun oyunlarına start verilib. Dünən futbol üzrə Çempionlar Liqasında qrup mərhələsinin son turunun oyunlarına start verilib.

“Qalatasaray“ İstanbulda biabır oldu- VİDEO

Dünən futbol üzrə Çempionlar Liqasında qrup mərhələsinin son turunun oyunlarına start verilib.



AzNews.az xəbər verir ki, mübarizəyə ilk olaraq A, B, C və D qrupları qoşulub.
D qrupunda Türkiyənin ÇL-dəkı yeganə təmsilçisi "Qalatasaray" "Arsenal"la qarşılaşıb və 1-4 hesabı ilə biabırçı məğlubiyyətlə üzləşib.

Qrupun digər oyununda isə "Borussiya" və "Anderlext" komandaları üz-üzə gəlib: 1-1.
A qrupunda "Atletiko" səfərdə "Yuventus"un qonağı olub və qolsuz bərabərliyə nail olub: 0-0.

"Olimpiakos" isə doğma azarkeşləri önündə "Malmö"nü sınağa çəkib və 4-2 hesabı ilə qalib gəlib.

B qrupunda "Liverpul" İngiltərədə və "Bazel"i sınağa çəkib: 1-1.

"Real" isə "Santyaqo Bernabeu"da "Ludoqorets"i 4-0 hesabı ilə darmadağın edib.
C qrupunda "Benfika" "Bayer"lə heç-heçə edib: (0-0), "Monako" isə "Zenit"i 2-0 hesabı ilə udmağı bacarıb.

A qrupu

23:45."Yuventus" (İtaliya) - "Atletiko" (İspaniya) 0-0
23:45."Olimpiakos" (Yunanıstan) - "Malmö" (İsveç) 4-2

B qrupu

23:45."Liverpul" (İngiltərə) - "Bazel" (İsveçrə) 1-1

Qol.Frey,25,S.Cerrard,81,

23:45."Real Madrid" (İspaniya) - "Ludoqorets" (Bolqarıstan) 4-0

Qol.K.Ronaldo,20 (pen), Q.Beyl,38, Arbeloa,80, A.Medran,88

C qrupu

23:45."Monako" (Fransa) - "Zenit" (Rusiya) 2-0

23:45."Benfika" (Portuqaliya) - "Bayer" (Almaniya) 0-0

D qrupu

23:45. "Borussiya" (Dortmund, Almaniya) - "Anderlext" (Belçika) 1-1

Qol.İmmobile,58,Mitroviç,85

23:45. "Qalatasaray" (Türkiyə) - "Arsenal" (İngiltərə) 1-4

Qol. Pololski,3,Remsi,11,29, Sneyder,88,






AzNews.az