- Köhnə - İdman
- 4 İyun 2015 15:42
- 2 746
“FİFA son 10 ildə pul maşınına çevrilmişdi“ – Əfsanəvi futbolçudan ittiham
Xəbər verildiyi kimi, bir neçə gün öncə FİFA prezidenti Yozef Blatter gözlənilmədən postundan istefa verib. Bu olay futbolsevərlər arasında birmənalı qarşılanmayıb.
Braziliya futbolunun canlı əfsanəsi Romario da Blatterin müəmmalı istefasına biganə qalmayıb.
AzNews.az xəbər verir ki, sabiq futbolçu ali futbol qurumunun apardığı siyasəti sərt tənqid edənlərdən biri olub və bu qərarı sevinclə qarşılayıb:
"Uzun müddətdən sonra bu, eşitdiyim ən gözəl xəbərdir. Blatterin istefası dünya futbolunda yeni dönəmin başlanması deməkdir. Bütün dünyada korrupsiyaya bulaşan məmurlar da "yıxılmaq" təhlükəsini daha yaxından hiss edirlər. Ümid edirəm ki, bu dalğa futbola hopmuş rüşvətxorluq ləkəsini də özüylə silib aparacaq. Son 10 ildə FİFA, demək olar ki, pul maşınına çevrilmişdi".