- Köhnə - İdman
- 26 İyun 2015 15:49
- 2 708
“Bakı-2015”: Azərbaycanın 6 boksçusu finalda
I Avropa Oyunları çərçivəsində “Baku Crystal Hall”da keçirilən boks yarışında Azərbaycanın 6 idmançısı finala vəsiqə qazanıb.
AzNews.az xəbər verir ki, 91 kiloqramda çıxış edən Abdulqadir Abdullayev Rusiya təmsilçisi Sadam Maqomedovu mübarizədən kənarlaşdıraraq (3:0) final görüşünə vəsiqə qazanıb.
Qızıl medal uğrunda döyüşdə idmançımız ukraynalı Gevorq Manukiyan və xorvatiyalı Yosip Bepo Filipi qarşılaşmasının qalibi ilə görüşəcək.
75 kiloqram çəki dərəcəsində çıxış edən Xaybulla Musalov Avropa çempionatının mükafatçısı macarıstanlı Zoltan Harcsanı məğlub edəərk finala adlarıb. O, gənclər arasında Avropa çempionatının gümüş medalçısı irlandiyalı Maykl Oreylli ilə üz-üzə gələcək.
Gənclər arasında Avropa çempionu Pərviz Bağırov (69 kq) Böyük Britaniya idmançısı Yoş Kelliyə qalib gələrək finala adlayıb. Onun finaldakı rəqibi rusiyalı Aleksandr Besputin olacaq.
Azərbaycan boksçusu Albert Səlimov (60 kq) yarımfinalda İrlandiya idmançısı Sin Makkombu mübarizədən kənarlaşdıraraq finala çıxıb. Görüş 3:0 hesabı ilə təmsilçimizin xeyrinə yekunlaşıb. O, finalda fransalı Sofian Umia və polşalı Mateuş Polski görüşünün qalibi ilə qarşılaşacaq.