Azərbaycan millisi Rusiyaya məğlub oldu

DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində bu gün Moskvanın "Lujniki" stadionunda Rusiya və Azərbaycan yığmaları qarşılaşıblar.

Trend-in məlumatına görə, stadionda Azərbaycanı 3 mindən çox azarkeş dəstəkləyib. Oyunun 83-cü dəqiqəsində Roman Şirokov penaltidən hesabı açıb - 1:0. Matç həmin hesabla başa çatıb. Matçın baş hakimi Aleksandar Stavrev (Makedoniya) olub.

Rusiya: 1. İqor Akinfeyev, 22. Andrey Yeşenko, 14. Vasili Berezutski, 4. Sergey İqnaşeviç, 23. Dmitri Kombarov, 15. Roman Şirokov, 7. İqor Denisov (k), 19. Aleksandr Səmədov, 20. Viktor Fayzullin, 11. Aleksandr Kerjakov, 9. Aleksandr Kokorin.

Ehtiyat oyunçular: 12. Vladimir Qabulov, 13. Anton Şunin, 3. Vladimir Qranat, Diniyar Bilyaletinov, 17. Artyom Dzyuba, 21. Dmitri Tarasov, 8. Denis Qluşakov, 5. Renat Yanbayev, 10. Alan Dzaqoyev, 6. Aleksey Berezutski, 18. Vladimir Bıstrov, 2. Maksim Qriqoryev.

Baş məşqçi: Fabio Kapello

Azərbaycan: 1. Kamran Ağayev, 4. Mahir Şükürov, 7. Vaqif Cavadov (k), 8. Aleksandr Çertoqanov, 9. Cihan Özkara, 10. Branimir Subaşiç, 13. Əli Gökdəmir, 15. Ruslan Abışov, 17. Vüqar Nadirov, 18. Maksim Medvedev, 21. Vladimir Levin

Ehtiyat oyunçular: 12. Anar Nəzirov, 23. Səlahət Ağayev, 2. Bədavi Hüseynov, 3. Aqil Nəbiyev, 5. Murad Ağayev, 6. Elhad Nəzirli, 11. Rauf Əliyev, 16. Cavid Hüseynov, 19. Rahid Əmirquliyev

Baş məşqçi: Berti Foqts

AzNews.az