Rusiya Federasiyası Krasnodar vilayətinin Qulkeviç şəhərində SSRİ idman ustası V.D. Vısotskinin xatirəsinə sərbəst güləş üzrə yeniyetmələr arasında beynəlxalq turnir keçirilib. Rusiya Federasiyası Krasnodar vilayətinin Qulkeviç şəhərində SSRİ idman ustası V.D. Vısotskinin xatirəsinə sərbəst güləş üzrə yeniyetmələr arasında beynəlxalq turnir keçirilib.

Yeniyetmələrimiz 9 medal qazandı - Rusiyada

Rusiya Federasiyası Krasnodar vilayətinin Qulkeviç şəhərində SSRİ idman ustası V.D. Vısotskinin xatirəsinə sərbəst güləş üzrə yeniyetmələr arasında beynəlxalq turnir keçirilib.


AzNews.az xəbər verir ki, sərbəst güləş üzrə yığma komandanın üzvləri böyük məşqçi Nazim Əlicanov və məşqçi Rövşən Umudovun rəhbərliyi altında turnirdə iştirak edib.

Ümumilikdə 210 güləşçinin yarışdığı turniri yığmamızın üzvləri 4 qızıl, 1 gümüş və 4 bürünc medalla başa vurub. Qızıl medalları yığmamıza keçirdikləri bütün görüşləri qələbə ilə tamamlayan Şahin Muxtarov (42 kq), Fazil Həsənov (58 kq), Rəşad Yusifli (69 kq) və Ravil Babazadə (76 kq) qazandırıb. Yalnız final görüşündə uduzan Əliabbas Rzazadə (50 kq) gümüş medalla kifayətlənib.

Bürünc medalları isə yığmamıza Turan Bayramov (50 kq), Şahin Əlifzadə (54 kq), Orxan Abbasov (69 kq) və Rahid Həmidli (85 kq) qazandırıb.