“Yuventus” məğlubedilməzdir

İtalia Seria A-da növbəti turun oyunları keçirilib. Çempionatın lideri "Yuventus", çempionluq uğrunda ən böyük rəqibi "Napoli"ni qəbul edib. İlk hissə gərgin mübarizə şəraitində keçib.

AzNews.az xəbər verir ki, tərəflər, ilk 45 dəqiqə ərzində fərqlənə bilməyiblər. Oyunun sonlarına doğru öz iradəsini ortaya qoyan "Yuventus", 80-ci dəqiqədə Martin Kasaresin qolu ilə önə keçib.

2 dəqiqə sonra Poul Poqbanın qolu ilə daha 1 dəfə fərqlənən Torino təmsilçisi yekun nəticəni bəlli edib. "Yuventus" "Napoli" oyunu 2:0 hesabı ilə birincinin xeyrinə başa çatıb.

Elman Bakuvi
AzNews.az