Azərbaycan millisi Polo üzrə Avropa Çempionatında ilk qələbəsini qazanıb. Azərbaycan millisi Polo üzrə Avropa Çempionatında ilk qələbəsini qazanıb.

Azərbaycan millisi Polo üzrə ilk qələbəsin qazandı

Azərbaycan millisi Polo üzrə Avropa Çempionatında ilk qələbəsini qazanıb.


AzNews.az-ın Qafqazinfo-ya istinadən məlumatına görə, Binə qəsəbəsindəki "Elit Atçılıq və Polo" klubunda, Polo üzrə Avropa Çempionatına start verilib. Yarışın ilk turunda Azərbaycan seçmə komandası, Almaniya idmançıları ilə qarşılaşıb.

Görüş həmyerlilərimizin 9-7 hesablı qələbəsi ilə başa çatıb. Ardınca meydana İspaniya və İtaliyanın komandaları çıxıblar. Qarşılaşmada İspaniya kollektivi İtaliyanları 10-4 hesabı ilə məğlub edib.

İlk yarış günününü son görüşündə isə İsveçrə seçməsi - İrlandiya millisini 9-6 hesabı ilə udub. Sabah (5 Sentyabr), Avropa Çempionatının ikinci günü keçiriləcək ilk oyunda meydana Azərbaycan və İtaliya komandaları çıxacaqlar.