Tanınmış müğənni baş məşqçi oldu

Türkiyəli tanınmış müğənni Nihat Doğan futbol komandasında baş məşqçi oldu. AzNews.az xəbər verir ki, müğənni Türkiyə çempionatında həvəskar komanda kimi çıxış edən "Büyükdərəspor"un baş məşqçisi olub. Komanda yeni məşqçisi ilə çıxdığı ilk matçını 1:1 hesabı ilə tamamlayıb.

Məşqçilərindən razı qaldıqlarını deyən komandanın futbolçusu Evren fikrini belə tamamlayıb: "Nihat Doğanın komandamıza baş məşqçi təyin olunmağından çox məmnunuq. 6 turdan sonra ilk dəfə onun sayəsində xal götürə bildik".

Rüfət Azəri
AzNews.az