«Rabitə» gücünü bir daha göstərdi

Qadın voleybolçular arasında Super Liqanın 2-ci turu başlayıb. AzNews.az xəbər verir ki, yarış gününün ən diqqət çəkən matçı "Rabitə" ilə "Lokomotiv" klubları arasında olub. Prinsipal görüşdə ölkə çempionu qalib gəlib - 3:1 (25:19, 15:25, 25:21, 25:21).

CEV kubokunun iştirakçısı olan "İqtisadçı" autsayder "Lokomotiv Biləcəri"ni sınağa çəkib. Bu qarşılaşma gözlənildiyi kimi "tələbələr"in xeyrinə bitib - 3:0 (25:13, 25:11, 25:16).

Yarışın debütantı "Telekom" Çellenc kubokunun son finalçısı "Bakı-Azəryol" komandasını qəbul edib. Əvvəldən sonadək üstün voleybol nümayiş etdirən "dəmiryolçular", rəqibə bir set də verməyiblər - 3:0 (25:22, 25:10, 25:14).

"Azərreyl" bu tur istirahət edəcək.

OQMSTX

1. "Bakı-Azəryol" 2 2 0 6-1 (173:125) 6
2. "İqtisadçı" 2 2 0 6-1 (177:139) 6
3. "Rabitə" 1 1 0 3-1 (90:86) 3
4. "Lokomotiv" 2 1 1 4-3 (161:138) 3
5. "Azərreyl" 1 0 1 1-3 (99:102) 0
6."Lokomotiv
-Biləcəri" 2 0 2 1-6 (119:173) 0
7. "Telekom" 2 0 2 0-6 (94:150) 0

Kamran Hacı
AzNews.az