19 iyun 2016-cı ildə Azərbaycanda ilk dəfə təşkil olunacaq "Formula 1" Avropa Qran Prisinə yerli vaxtla saat 18:00-da start veriləcək. 19 iyun 2016-cı ildə Azərbaycanda ilk dəfə təşkil olunacaq "Formula 1" Avropa Qran Prisinə yerli vaxtla saat 18:00-da start veriləcək.

Formula 1 bu tarixdə keçiriləcək

19 iyun 2016-cı ildə Azərbaycanda ilk dəfə təşkil olunacaq "Formula 1" Avropa Qran Prisinə yerli vaxtla saat 18:00-da start veriləcək.



Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) AzNews.az-a verilən məlumata görə, paytaxtda keçiriləcək "Formula 1" yarışı ilə Fransada baş tutacaq 24 saat Le Man marafonu üst-üstə düşməyəcək. Məlumata görə, Le Man marafonu 19 iyun tarixində Bakı vaxtı ilə saat 17:00-da başa çatacaq.

Yarış günü Bakıda günəşin saat 21:14-də batacağı proqnozlaşdırılır və yarışın başlama vaxtı ilə günəşin batması arasındakı 3 saatlıq müddət imkan verir ki, Avropa Qran Prisi hava qaralanadək yekunlaşsın.

Qeyd edək ki, 2016-cı il indiyədək ən çox "Formula 1" yarışının olduğu mövsümdür. Beynəlxalq Avtomobil Federasiyasının (FIA) ötən il dekabrın 3-də açıqladığı məlumata görə, Avropa Qran Prisi yarış cədvəlinə əlavə olunandan sonra il ərzində "Formula 1" üzrə keçiriləcək Qran Pri yarışlarının ümumi sayı 21-ə çatıb.