"80 faiz əhali dövlətin qərarını tam dəstəkləyir" "80 faiz əhali dövlətin qərarını tam dəstəkləyir"

"Hökumət xalqı riskə atır ki..." - İsveçdə yaşayan həmyerlimizlə MÜSAHİBƏ

"80 faiz əhali dövlətin qərarını tam dəstəkləyir"

İsveçin paytaxtı Stokholm şəhərində yaşayan 22 yaşlı həmvətənimiz bu gün həyatını itirib.

AzNews.az bildirir ki, Publika az-a bununla bağlı məlumatı İsveç-Azərbaycan Birliyinin sədri (SAF) Sevda Dadaşova verib.

- Çox üzücü xəbər olsa da paylaşmaq məcburiyyətindəyəm. 22 yaşlı Amin balamız 3 həftəlik mübarizədən sonra virusa məğlub oldu. Aminin ailəsi uzun zamandır Stokholm şəhərində yaşayır. Ailənin bütün üzvləri koronavirusa yoluxmuşdu. Anası, atası və bacısı artıq yaxşıdır. 22 yaşlı Amin balamız isə gecə saat 2-də dünyasını dəyişdi. 3 həftədir reanimasiyada idi. Gecə həkimlər doğmalarına zəng vurublar ki, artıq onu xilas edə bilmirik. Gəlin, sağollaşın. Bildiyiniz kimi çox vaxt buna da izn verilmir. Ailə üzvləri tez xəstəxanaya yollanıblar, qısamüddətli vidadan sonra evə dönüblər. Gecə yarı yenə xəstəxanadan zəng gəlib ki, övladınız dünyasını dəyişdi. Valideynlərinin də dediyinə görə heç bir xroniki xəstəliyi olmayıb. Nəinki İsveçdə yaşayan azərbaycanlılar, bütün ölkə səhiyyəsi şokdadır. Axı bu yaş qrupundan olan xəstələrdə kritik durum müşahidə olunmamalıdır.

- Ailənin kimliyi ilə bağlı məlumat əldə edə bilərikmi?

- Ailə yaxın qonşumdur. Hətta bu gün onların yanında idim. Sadəcə olaraq, məxfiliyi qorumaq istəyirlər. Pərişan durumdadırlar. Düşünürəm ki, kimliyi ilə bağlı məlumat yaymasaq, daha etik olar.

- Sevda xanım, İsveçdəki həmyerlilərimiz arasında virusa yoluxub, durumu ağır olanlar var?

- 61 yaşlı həmvətənimiz də ağır durumdadır. 3 həftədir reanimasiyada koma vəziyyətindədir. Öncə ürəyində problem çıxdı, həll etdilər. Böyrəyin durumu kritik həddə çatdı. Dializ olundu. İndi isə vəziyyəti sabitdir, amma beyni oyada bilmirlər. Koma vəziyyətindədir. COVID-19-a yoluxan bütün azərbaycanlı xəstələrimizin durumu artıq stabildir. Təkcə 22 yaşlı Amin balamız dünyasını dəyişdi.

- Koronavirusdan dünyasını dəyişənlər üçün xüsusi qəbiristanlıqlar var? Yəni soydaşımız harada dəfn olunacaq?

- Fransa, İtaliya, İspaniya və koronavirusun kritik həddə çatdığı ölkələrdə dünyasını dəyişənləri yandırırlar. İsveçdə ölənlərin sayı az olduğu üçün hələ ki, bu haqda dəqiq məlumat yoxdur. Amma düşünürəm ki, nəşi yandırmaq, yaxud dəfn etməklə bağlı ailənin qərarına əməl edəcəklər.

- Sevda xanım, koronavirusun bu qədər yayıldığı dövrdə İsveç yenə karantin rejimi tətbiq etməyi düşünmür?

- Eynən. Hətta uşaqlarımızı məktəbə yollamaq istəməyəndə, bizə hədə-qorxu gəlirlər ki, belə davam etsəniz, sosial xidmətlərə haqqınızda şikayət ərizəsi yazacağıq. 1 həftə öncəyədək məktəblərdə distant təhsil tətbiq olunurdusa, artıq bu sistem ləğv olunub. Bütün şagirdlər bir nəfər kimi dərsə getməlidir. Çünki sentyabr ayında virusun ikinci dalğasının gələcəyinə əmindirlər. Ona görə kollektiv immunitet yaratmaq fikrindədirlər ki, növbəti dalğaya hamının orqanizmi hazır olsun.

- Bəs xalq bu duruma etiraz etmir?

- 80 faiz əhali dövlətin qərarını tam dəstəkləyir. Təbii ki, ölkənin bu siyasətində siyasi və iqtisadi məsələlər var. Yəni hökumət xalqı riskə atır ki, iqtisadiyyat ziyan görməsin.