Gürcüstanda yaşayan soydaşlarımız paytaxt Tiflisdə ermənilərin belə bir provakasiyaya cavab vermək üçün etiraz mitinqi keçirməyi planlaşdırıblar. Gürcüstanda yaşayan soydaşlarımız paytaxt Tiflisdə ermənilərin belə bir provakasiyaya cavab vermək üçün etiraz mitinqi keçirməyi planlaşdırıblar.

Gürcüstan Azərbaycan əlaqələrini kimlər pozmaq istəyir?

Gürcüstanda yaşayan soydaşlarımız paytaxt Tiflisdə ermənilərin belə bir provakasiyaya cavab vermək üçün etiraz mitinqi keçirməyi planlaşdırıblar.

Xəbər verildiyi kimi, Gürcüstanın Samtsxe-Cavaxetiya (Ahısqa) vilayətində 1990-cı illərdə Qarabağ Savaşı zamanı bölgədən döyüşə gedən erməni könüllü silahlı dəstəsinin üzvlərindən biri olan Mixail Avakyanın xatirəsinin əbədiləşdirilməsi üçün Axalkələki rayonunun Buqaşen kəndində onun heykəlinin açılışı olmuşdur. Heykəlin qırmızı lentinin kəsliməsində Ermənistanın Gürcüstandakı səfiri Ruben Sadoyan şəxsən iştirak edibdir. Gürcüstanda yaşayan soydaşlarımıza məxsus bütün sosial şəbəkələr dərhal hərəkətə keçərək öz etirazlarını bildiriblər. Yaranmış şəraitdən çıxış nöqtəsi arayan Gürcüstan hökuməti hələ ki, ehtirasları səngitmək üçün sükut içindədir.

Qeyd edək ki, Mixail Avakyanın xatirə abidəsinin açılışı 20 yanvar tarixində olmuşdur. Abidənin hazırlanması üçün bütün məsrəfləri isə, özünü yerli mesenat adlandıran Qaqik Avakyan adlı birisi ödəmişdir. Abidənin açılışı törənində Ermənistanın səfiri Ruben Sadoyanla bərabər Gürcüstan parlamentinin erməni mənşəli deputatları Ənzəl Mkoyan və Samvel Manukyan, hakimiyyətdə olan “Gürcü Arzusu Partiyası”nın rəsmiləri, yerli özünüidarə orqanlarının nümayəndələri iştirak etmişlər. Axalkələki rayonun meri Yurik Unanyan və rayon bələdiyyəsinin sədri Nairi İritsyan da bu tədbirdə iştirak ediblər.

Səfir Ruben Sadoyan abidənin qırmızı lentini kəsməmişdən öncə çıxış edərək belə deyib: “Mixail Avakyan əsil vətənpərvər bir insan idi. Belə vətənpərvərlər Qarabağ uğrunda canlarından belə keçiblər. Ona görə də biz bu müharibədə qələbə çala bildik. İndi onun əziz xatirəsini əbədiləşdirmək üçün bu mərasimə toplanmışıq”.

Qeyd edək ki, Buqaşen kəndinin sakinin Mixail Avakyan “Kobra” ayaması ilə Qarabağda əlində silah Azərbaycanın torpaqlarının işğalında yaxından iştirak edibdir. 1994-cü ildə döyüşlərin birində aldığı güllə yarasından yerindəcə ölübdür.

P.S. Axalkələki rayonunun meri Yurik Unanyan gözlənilən təpkiləri önləmək üçün belə bir açıqlama veribdir: “20 yanvar 2019-cu il tarixdə Buqaşen kəndində Mixail Avakyanın xatirə abidəsinin açılış törəni əslində bir simvolik hadisədir. Bu abidə 1994-cü ildə qoyulubdur və sadəcə onu yenidən bərpa etdik. Həm də yerli kənd əhalisinin istəyini nəzərə alaraq, 20 yanvar tarixində yenidən açılış mərasimini keçirdik”.

Son məlumata görə Gürcüstanda yaşayan soydaşlarımız paytaxt Tiflisdə ermənilərin belə bir provakasiyaya cavab vermək üçün etiraz mitinqi keçirməyi planlaşdırıblar. Həm də bu abidənin götürülməsini, Gürcüstan-Ermənistan münasibətlərində belə bir addımın atılmasına qətiyyən yol verilməməsi məsələsi gündəmə gətiriləcəkdir. Bununla yanaşı, soydaşlarımız Gürcüstan-Azərbaycan münasibətlərinin Ermənistandan fərqli olaraq daha çox starteji mənada əlaqələrin inkişafına xələl gətirilməsin deyə, abidənin dərhal qaldırılmasını tələb edəcəklər.

Baş verənlər Azərbaycanın haqlı narazılığına səbəb olub. Xarici İşlər Nazirliyinin təlimatı əsasında ölkəmizin Gürcüstandakı səfiri tərəfindən dərhal Gürcüstan XİN-də məsələ ilə bağlı görüş keçirib. Eyni zamanda, Gürcüstanın ölkəmizdəki səfiri Xarici İşlər Nazirliyinə dəvət edilərək, ölkələrimiz arasında mövcud olan ikitərəfli strateji tərəfdaşlıq münasibətlərinin ruhuna cavab verməyən bu halın aradan qaldırılmasına dair təxirəsalınmaz tədbirlərin görülməsi tələb edilib.

Maraqlıdır, Gürcüstanın ərazi itkisinə səbəb olmuş döyüşlərdə osetin və abxaaz tərəfində döyüşmüş hər hansı şəxsə Azərbaycanda abidə qoyulması Gürcüstanda necə qarşılanardı?

Gürcüstan bu ölkəni bölmək istəyən və bunu gizlətməyən Cavaxetiya ermənilərinə dəstək verməklə öz gələcəyini sual altına qoyur.20 Yanvarın ildönümü gününə təyin edilmiş bu mərasim Azərbaycanla Gürcüstan arasında illərdir mövcud olan mehriban qonşuluq, dostluq və strateji tərəfdaşlıq münasibətlərinin ruhuna ziddir .

Sirr deyil ki, hazırda Gürcüstanda ölkənin milli maraqlarını, Gürcüstan-Azərbaycan strateji müttəfiqliyini düşünməyən, ona ziyan vurmaq istəyən şəxslər mövcuddur. Onlar həm erməni lobbisi tərəfindən, həm də digər maraqlı qruplar vasitəsilə iki ölkənin münasibətlərinə xələl gətirirlər.

Bu məsələnin Ermənistanın baş naziri Nikol Paşinyanın Gürcüstanda azərbaycanlıların yaşadığı Bolnisiyə təcili səfəri və gürcü həmkarı Mamuka Baxtadze ilə görüşündən sonraya, seçkiqabağı çıxışlarında ermənilərə xüsusi reveranslar etməsi ilə Azərbaycanda narazılıq doğurmuş Salome Zurabaşvilinin prezident seçilməsindən sonraya təsadüf etməsi suallar doğurur.

Ə. Yusifoğlu