Tehran molla rejimi ölkəni, həm də çevrəsindəki dövlətlərin daxili işlərinə qarışmaqla idarəetmə sistemini “Xüberəqan (ekspertlər) Məclisi” adlı qurumun vasitəsilə həyata keçirir. Tehran molla rejimi ölkəni, həm də çevrəsindəki dövlətlərin daxili işlərinə qarışmaqla idarəetmə sistemini “Xüberəqan (ekspertlər) Məclisi” adlı qurumun vasitəsilə həyata keçirir.

“Teokratik Azərbaycan” modeli iflasa məhkumdur

Tehran molla rejimi ölkəni, həm də çevrəsindəki dövlətlərin daxili işlərinə qarışmaqla idarəetmə sistemini “Xüberəqan (ekspertlər) Məclisi” adlı qurumun vasitəsilə həyata keçirir.

Keçmiş Sovet İttifaqı dağıldıqdan sonra, İran molla rejimi “Cənubi Qafqaz masası” adlı xüsusi xidmət mərkəzi yaratdı. Mərkəzin qarşısında duran əsas vəzifə: “Azərbaycan Respublikası, Ermənistan və Gürcüstan tarixi İran torpaqlarıdır və Tehran rejiminin təsir vasitələri hədəfə çevrilməlidir”. Hər dövlət üçün xüsusi plan işlənildi. Bu, Ermənistanla “ari mənşəyi”, Gürcüstanla “uzlaşma düsturu” və Azərbaycan Respublikası ilə “şiə dövləti” konsepsiyaları işləməkdən ibarət idi.

Dalğavari “paniranizm”

Tehran molla rejimi ölkəni, həm də çevrəsindəki dövlətlərin daxili işlərinə qarışmaqla idarəetmə sistemini “Xüberəqan (ekspertlər) Məclisi” adlı qurumun vasitəsilə həyata keçirir. Bu, “İslam İnqilabının ali dini rəhbəri” (Vilayəti Fəqih) və onun rəhbərliyi altında “Xüberəqan Məclisi” qurumudur.

Dini rəhbər ayətullah-üzma adlandırılır. Yəni böyük ayətullah. Məclisin digər üzvləri ayətullah statusu qazanmış din xadimləridir. Onlar əslində bir yandan dini, digər yandan isə iqtisadi baxımdan böyük gücə malik yerli oliqraxlardır.

İlkin orta çağda Əməvilər 711-ci ildən 750-ci ilə kimi, Abbasilər isə 750-ci ildən 1258-ci ilə kimi mövcud olan ərəb xilafətləri hindus-pars dövlət sistemini darmadağın etmişdilər. Qaraxanlılar (840-1212), Qəznəlilər (963-1187), Tülunilər (868-905), Akşitlər (935-969), Səlcuqlular (1040-1157), Xarəzmşahlar (1097-1231), Atabəylər (1146-1225), Məmlüklər (1250-1517), Teymurilər (1368-1501), Osmanlı (1299-1922), Baburilər (1526-1858), Səfəvilər (1051-1736), Avşarlar (1736-1796) və Qacarlar (1796-1925) kimi qüdrətli türk dövlətlərinin sayəsində hindus-fars ideologiyası iflasa uğrasa da, onlar islam qılafında öz hədəflərini XI yüzildən başlayaraq bu günlərə kimi daşımışlar. XX yüzildə böyük imperiyaların çöküşü, konstitusiyalı dövlət modelinə keçid ərəfəsində iri kapitalist güclər prosesləri öz müstəmləkə siyasətinə pərçimləməklə “Hind-Avropa nəzəriyyəsi”nə söykənən “İran dövləti” modelini tətbiq etdilər. 1925-ci ildə elan edilən “Yeni İran” doktrinasının şərtləri içində əvvəlcə “pəhləviçilik” siyasətinə üz tutuldu. Bu plana görə, 50 ərzində cəmiyyət “farslaşdırılmalı” idi. Çünki Cənubi və Şimali Amerikada yerli icmalar qısa müddətə ingilisləşdrilmiş, portuqallaşdırılmış, ispanlaşdırılmışdı. İran adlı ölkədə isə hədəfləri baş tutmadı. Səbəbi Cənubi Azərbaycan və Xorasanda heç bir zaman dəyişməyəcək türk genetik irsinin güclü olması idi.

1978-ci il “23 Bəhmən İnqilabı”nın dalğasında iqtidara gələn və 40 ildir ölkəni idarə edənlər “pəhləvi sülaləsi”ndən estafeti alaraq din pərdəsi altında assimilyasiya siyasəti yürütdü. Amma ötən 40 ildə də gözlənilən hədəflər baş tutmadı. Bunun əsil səbəbi isə Quzey Azərbaycanın varlığı, Güney Azərbaycan düşüncə sisteminin daim hərəkətdə olmasıdır.

Tehran – İrəvan cütlüyündəki model

Ermənistan Elmlər Akademiyasının və İrəvandakı universitetlərdəki “iranşünaslıq” mərkəzlərinin vəzifəsi “Qafqazda farsdilli xalqlar və hindus-fars dəyərlərini genologiyası” üzərində elmi tədqiqatlar aparmaqdır. Erməni alimlərinin hazırladığı layihələr molla rejiminin hədəfləri ilə üst-üstə düşdüyü üçün birgə hərəkət edirlər. Bunun üçün hazır “modellər” də işlənilibdir:

1. Dini siyasi partiya qurmaq (AİP-Azərbaycan İslam Partiyası),

2. Dini təbliğatlar aparan çoxsaylı vətəndaş cəmiyyəti təsisatları yaratmaq,

3. Dini ədəbiyyatın təbliğatı şəbəkəsini formalaşdırmaq,

4. Sosial şəbəkələrdə qruplar yaratmaq,

5. Vizual və virtual KİV-lər açmaq,

6. Dini mərasimləri mümkün qədər nəzarətə almaq,

7. Mədəni təsisatlar yaratmaq (teatr, ilahi mahnılar qrupları, dərvişlik və s.),

8. İran ayətullahlarının, mərceyi-təqlidin fitvaları əsasında dini ayinləri icra etmək,

9. Dövlət strukturlarında kadrların yerləşdirilməsi,

10. Xarici ölkələr üzərindən Azərbaycana qarşı təsir vasitələrini qurmaq,

11. Qarabağ problemini “xristian-islam qarşıdurması” müstəvisinə çıxarmaq.

Azərbaycanda “siyasi islam” və “xomeynizm”

1991-ci ildən Tehran molla rejimi Azərbaycanda daxili siyasi və ictimai proseslərə müdaxilə etmək üçün spiralvari taktikadan istifadə edib. Əvvəlcə AİP (Azərbaycan İslam Partiyası) təsis edildi. AİP iflasa uğradığı üçün, DEVAMM (Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiəsi Mərkəzi) dövriyyəyə girdi. Sonra “Qafqaz İslam Hərəkatı”nı formalaşdırmağa çalışıldı. Bu üçlü strukturun çevrəsində bir zamanlar İraq, İraq, Suriya, Türkiyə, Əfqanıstan, Pakistan, Livan və s. müsəlman ölkələrində olduğu kimi, çoxsaylı vətəndaş cəmiyyətlərin modelləri tətbiq edildi. Demək olar ki, “xomeynizm” konsepti ilə Azərbaycanın əksər məscidlərində qeyri-rəsmi “camaat birlikləri” (yerli dini təşkilatlar) formalaşdırılmışdı. Bu şəbəkələşmə əsasında dini təhsil almaq adı ilə yüz minə yaxın gənc qonşu ölkəyə göndərildi. Orada “beyinyuma” dəzgahları öz qurbanlarını həsrətlə gözləyirdi. Bütün bunlar “Azərbaycanda İslam İnqilabı”na hazırlıqlar görülməsi, vaxtilə ermənilərin ortaya atdığı şüarın rəsmi xarakter almasına hesablanmışdı: “AZƏRBAYCANI LİVANA, BAKINI DA BEYRUTA ÇEVİRMƏK GƏRƏKDİR”. Bu fikrin Tehranda da dəstəkçiləri var idi: “Azərbaycan Respublikasının quruca adı İran dövləti üçün hər zaman ən böyük təhlükə mənbəyidir” (Risalət dərgisi, 1992-ci il, 3-cü sayı).

Azərbaycan dövlətinin ötən 28 illik dönəmdə regional və həm də beynəlxalq miqyasda mövqeyinin güclənməsi İrəvan-Tehran planlarının pozulması deməkdir. Ona görə də hər dəfə yeni planlar ortaya atırlar. Bu, “Nardaran hadisələri”, “Gəncə hadisələri” və sair problemləri süni şəkildə ictimailəşdirməkdən ibarət olub. Bütün bunlarla yanaşı, İran molla rejiminin geri çəkilmək niyyətinin olmadığı da göz önündədir. Ona görə də “siyasi islam”ı mümkün qədər müxalifətin bir parçasına çevirmək planını hərəkətə keçiribdir. Xüsusilə özünü ana müxalifət adlandıran “Milli Şura”nın ötən müddətdə keçirdiyi mitinqlərdə “siyasi islamı” təmsil edənlərin dominantlıq təşkil etməsi bunu isbat edir.

Nədən arenada Taleh Bağırovdur?

“Youtube” –da Taleh Bağırovun İran molla rejiminin din xadimləri ilə görüşündəki çıxışı İrəvan-Tehran rejiminin hədəflərini ortaya qoyur. Həmin görüşdə Taleh Bağırov açıq şəkildə belə deyir:“Bizlərin rəhbəri Xameneyi ağadır. Müxalifətdən sadəcə öz məqsədlərimiz üçün istifadə edirik. Azərbaycanda güc toplayandan sonra, hədəfimiz İrandakı kimi islam dövlətini qurmaqdır. Azərbaycanda müxalifət və iqtidar Səfəvilər dövlətini və Şah İsmayıl Xətaini türkçü kimi təqdim edirlər. Azərbaycanda güclənən kimi Xətaini 12 imam şiə dövlətinin banisi kimi təbliğ edəcəyik”. Taleh Bağırovun bu açıqlaması https://www.facebook.com/muslihtv/videos/307450749973801/ ilə də yayılıbdır.

Onun Nardaran kəndində dindarlarla görüşü zamanı digər çıxışları birbaşa Azərbaycan dövlətinin konstitusional quruluşuna qarşıdır. Bu çıxışların leytmotivi 1978-ci ildə İranda Məhəmmədrza Pəhləvi rejiminin devrilməsi ərəfəsində ifrat dərəcədə türkofob mövqeyi ilə seçilən Ruhulla Xomeyninin xütbələri ilə üst-üstə düşür. Taleh Bağırovdan qabaq vaxtilə AİP sədri olmuş mərhum Əlikram Əliyev və sonradan bu estafeti öz üzərinə götürən, hazırda həbsdə olan Mövsüm Səmədov da bu notlar üzərində köklənmiş təbliğatlar aparırdı.

Bəs bunun ardınca nə kimi proseslər meydana gələcək? O da bəllidir ki, bütün bunlardan ancaq Ermənistan yararlacanaq. Azərbaycanın işğal olunmuş ərazilərini qaytarmaq deyil, Ermənistana birləşdirmək üçün hərəkətə keçəcəklər. Bu gün həbsdə olan Taleh Bağırov və onun tərəfdarlarını süni şəkildə “vicdan məhbusu” adlandıranlar məhz buna görə Azərbaycan dövlətçiliyinə qarşıdırlar. Beynəlxalq insan haqları təşkilatlarını aldadaraq “siyasi islam”ın ayaqlarını, İrəvan-Tehran cütlüyünün “maşası” olanları “siyasi məhbus” adlandırmaq nə dərəcədə düzgündür? Bəşəriyyət teokratik idarəetmədən imtina etdiyi halda Azərbaycan nədən bu prosesə cəlb edilməlidir? Taleh Bağırov kimi düşünənlər məhz inkişafın qarşısını almaq üçün yaşayırlar.

Ə. Yusifoğlu