"Həmin zərər məbləği müəyyən formada aradan qaldırılır" "Həmin zərər məbləği müəyyən formada aradan qaldırılır"

Əhaliyə verilən istiliyin satış dəyəri maya dəyərindən aşağıdır - RƏSMİ

"Həmin zərər məbləği müəyyən formada aradan qaldırılır"

Azəristiliktəchizat” ASC-nin sədr müavini İlham Mirzəliyev qurumun özəlləşdirilməsinə münasibət bildirib.

O deyib ki, bu gün əhaliyə verilən istiliyin satış dəyəri maya dəyərindən aşağıdır:

“Bu da onun sosial əhəmiyyəti ilə əlaqədardır. Həmin zərər məbləği müəyyən formada aradan qaldırılır. Hər hansı biznesmen zərərlə işləyən qurumu özəlləşdirməkdə maraqlı olmaz.

Özəlləşdirmənin olması məsələnin həlli deyil. Bu səbəbdən, biz strateji yol xəritələrinə uyğun yenilənmə etdikdən sonra bunu özəlləşdirməyə çıxarmağı düşünürük”.

İ.Mirzəliyev istiliklə bağlı tariflərin artırılmasından da danışıb:

“Hazırda hesablamalar aparılır, amma bu qiymətlərin artması anlamına gəlməyəcək”. (oxu.az)

AzNews.az