Mürvət Həsənli: "O, Azərbaycan dövlətini, qanunlarını, məhkəməsini tanımır" Mürvət Həsənli: "O, Azərbaycan dövlətini, qanunlarını, məhkəməsini tanımır"

İş adamı xaricə çıxarılan sərvətin siyahısını yaydı - DODAQ UÇUQLADAN ƏMLAK

Mürvət Həsənli: "O, Azərbaycan dövlətini, qanunlarını, məhkəməsini tanımır"

Milli Məclisin iclasında Cinayət Prosessual Məcəlləsinə dəyişiklik layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

AzNews.Az-ın xəbərinə görə, Məcəllənin 521-ci maddəsinə əlavə təklif olunur.

Layihədə bildirilir ki, xarici ölkədə yerləşən əmlakın müsadirə olunması barədə Azərbaycanda çıxarılmış hökm və ya digər yekun qərar qanuni qüvvəyə mindiyi tarixdən beş gün müddətində icra olunmalıdır.

Əmlakın hüquqi yardım çərçivəsində xarici ölkədə müsadirə edilməsi, həmin əmlakın, yaxud onun dəyərinin ölkəyə qaytarılmasının təmin olunması məqsədilə cinayət işi üzrə bütün materiallarla birlikdə Baş Prokurorluğa göndərilir.

Baş Prokurorluq xarici ölkədə yerləşən əmlakın müsadirə edilməsi və həmin əmlakın, yaxud onun dəyərinin ölkəyə qaytarılması məqsədilə Azərbaycan qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən, tələb olunan zəruri tədbirləri görməlidir.

Hazırda Məcəllənin 84.9-cu maddəsində yazılır ki, prokuror Məcəllənin 41.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təqsirləndirilən şəxsə qarşı cinayət təqibindən imtina edə bilər. Prokuror bu qaydalara riayət etməklə bəzi hüquqlara da malikdir.

İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror yuxarı prokurorun göstərişlərini yerinə yetirməlidir.

Təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin seçilməsi və ya dəyişdirilməsi, cinayətin tövsifi, ittihamın həcmi, işin icraatına xitam verilməsi və ya məhkəməyə göndərilməsinə dair yuxarı prokurorun göstərişləri ilə razı olmayan ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror öz əsaslandırılmış etirazını yuxarı prokurora göndərməkdə haqlıdır.

Bu halda yuxarı prokuror onun dəlilləri ilə razılaşır və öz yazılı göstərişlərini geri götürür. Əks təqdirdə, onun dəlilləri ilə razılaşmayaraq, cinayət işi üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyi digər prokurora tapşırır.

Prokurorun yazılı göstərişlərindən edilən etiraz bu göstərişlərin icrasını dayandırmır.

Qanun layihəsinə əsasən, prokurora daha bir hüquq verilir. Təklif olunan 84.6.9-1-ci maddəyə görə, prokuror şəxsə irəli sürülmüş ittihamla müqayisədə onun əməlinin daha yüngül məsuliyyət nəzərdə tutan cinayət qanununun norması ilə tövsifini təklif edə bilər.

Həmçinin, prokurora şəxsə irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndlərin çıxarılmasını təklif etmək hüququ verilir.

Layihə səsə qoyularaq qəbul edilib.

Qanun 2020-ci il iyulun 15-dən qüvvəyə minəcək.

Tanınmış iş adamı, iqtisadçı ekspert Mürvət Həsənli Milli Məclisdə qəbul olunan dəyişiklik layihəsini təqdir edib. O, öz Facebook profilində status yazaraq Azərbaycandan xaricə çıxarılmış pullardan bəhs edib.

"MATRIX GROUP ENERJIMAKINA GAYRIMENKUL PAZ.VE TIC.LTD.ŞTI.

VERGI NO : 6130741606 – 100% SƏRRAF MƏMMƏDZADƏYƏ AIDDIR. O ŞIRKƏTIN ÜZƏRINDƏ OLAN ƏMLAKLAR:

1. ISTANBUL ATASEHIR, KÜÇÜKBAKKALKÖY MAH. GÜNBATIMI SOK. 8/1, TEMEL DAHIL PAFTA 231 PARSEL 7 İŞ MERKEZİ, 8 MƏRTƏBƏLİ OFİS MƏRKƏZİ

2. ISTANBUL BAKIRKÖY OSMANIYE MAH. ÇAGLAR SOK. KAPI NUMARASI 2-4, SITE AD: İNCİRLİ KONAKLARI,
PAFTA 73 PARSEL 1, 40 MƏNZILLI BIR BINA

3. ISTANBUL ÜMRANIYE SERIFALI MAH.
BEYIT SOK. 7 PAFTA 17 PARSEL 3224 İŞ MERKEZİ, 6 MƏRTƏBƏLI BIR OFIS MƏRKƏZI

4. ISTANBUL SARIYER AYAZAGA MAH. 215. SOK. SITE AD: VADISTANBUL TERAS, KAPI NUMARASI 4-4, 4.BLOK DAİRE 53, PAFTA F21C15C4D, PARSEL 5, İSTANBULUN ƏN BAHALI SITƏSI

5. ISTANBUL SARIYER AYAZAGA MAH. 215. SOK. SITE AD: VADISTANBUL TERAS, KAPI NUMARASI 4-4, 4.BLOK DAİRE 30, PAFTA F21C15C4D, PARSEL 5, İSTANBULUN ƏN BAHALI SITƏSI

6. ISTANBUL SARIYER AYAZAGA MAH. 215. SOK. SITE AD: VADISTANBUL TERAS, KAPI NUMARASI 4-1, 1.BLOK DAİRE 66, PAFTA F21C15C4D, PARSEL 5, İSTANBULUN ƏN BAHALI SITƏSI

7. SAKARYA KARASU YENIMAHALLE, SILUKGÖLÜ PAFTA 21K3A PARSEL 4 KARASU LIMANI AHŞAP DEPOSE VE MOBILYA FABRIKASI, BİR HEKTAR ƏRAZİSİ OLAN MEBEL FABRİKASI

Bax elə pullardır ki, əskərimizin yeməyinə, geyinməyinə xərclənəcəkdi, gedib xaricə. Burada tüllabın özündən 30 yaş cavan erməni qızı sevgilisinə və oğluna 2019-cu ilin avqust ayında aldığı iki mənzilin adı yoxdur. Onu da dəqiqləşdirib yazacam.
Azərbaycan Vergi məcəlləsinin 149.1.4-cu maddəsi tələb edir ki, Azərbaycan Respublikasının hüdudlarından kənarda gəlir, o cümlədən royaltidən gəlir əldə edən rezident fiziki şəxslər bəyannamə verməlidirlər.

Sərraf deyir ki, o Azərbaycan dövlətini, qanunlarını, məhkəməsini tanımır. Bu tüllab vergi ödəmir, bəyannamə belə vermir. Hamını müzakirəyə dəvət edirəm. Bu xəyanət çuvalları ilə necə mübarizə aparılmalıdır?".