Traktorların istehsalı may ayından etibarən dayandırılmışdı Traktorların istehsalı may ayından etibarən dayandırılmışdı

Azərbaycan traktor istehsalını bərpa edib

Traktorların istehsalı may ayından etibarən dayandırılmışdı

Azərbaycan avqust ayında traktor istehsalını bərpa edib.

Dövlət Statistika Komitəsindən AzNews.az-a verilən məlumata görə, 2020-ci ilin avqust ayında ölkədə 96 ədəd traktor istehsal olunub. Yanvar-avqust aylarında isə 165 ədəd traktor istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 79,8% azdır. Sentyabrın 1-nə anbarlarda 144 ədəd hazır məhsul ehtiyatı qalıb.

Koronavirus pandemiyası çərçivəsində ölkədə tətbiq olunan karantin rejimi ilə əlaqədar traktorların istehsalı may ayından etibarən dayandırılmışdı.