Şərab texnoloqu: "Bu şirkətin konyak anbarını Azərbaycanın qızıl fondu adlandırmaq olar" Şərab texnoloqu: "Bu şirkətin konyak anbarını Azərbaycanın qızıl fondu adlandırmaq olar"

"Ermənistan konyakı Azərbaycandan gedən xammalın hesabına məşhur olub"- Vüqar Mikayılov

Şərab texnoloqu: "Bu şirkətin konyak anbarını Azərbaycanın qızıl fondu adlandırmaq olar"

Ermənistanda konyak istrehsalı dayandılıb. Buna səbəb "konyak" içkisinə aid brendin Fransa qanunları ilə qorunması və Ermənistanın Avropa Birliyi ilə imzaladığı müqavilələrdir. Məşhur şərab texnoloqu, professor Vüqar Mikayılov AzNews.az analitik-informasiya portalına müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

- Azərbaycanda konyak istehsalına nə vaxtdan başlanılıb?

- Azərbaycanda ilk konyak zavodu 1892-ci ildə Yelenendorf kəndində (indiki Göygöl şəhəri) “Forer qardaşları” tərəfindən açılmışdır. Azərbaycanda həm şərab, həm də konyak istehsalında almanların çox böyük rolu var. 1892-ci ildə ilk dəfə konyak istehsalına başlanıldı.1895-ci ildə isə "Hummer qardaşları" tərəfindən Yelenendorfda ikinci konyak zavodu açıldı.

Üzümün emalı, şərab materialının distilləsi və alınan spirtin yetişdirilməsi çox primitiv qaydada olsa da, Yelenendorf konyakı dəfələrlə sərgilərdə və müsabiqələrdə qızıl medala layiq görülüb. Yelenendorf konyakı 1897-ci ildə Londonda, 1899-ci ildə Münhen və Puatyedə, 1900-cu ildə Parisdə, 1901-ci ildə Lionda qızıl medala layiq görülüb. Azərbaycan konyakı dünyada adla deyilirdi. Azərbaycan konyakının dünyada belə şöhrət qazanması onun digər rayonlarda da istehsalına zəmin yaratmışdı.

Tezliklə Şuşa qəzasının Ağdam şəhərində eləcə də Əlimərdanlı, Boyəhmədli , Novruzlu kəndlərində yeni konyak zavodları yaradılır. Həmin zavodların o dövr üçün çox böyük istehsal gücü vardı. Şuşa qəzasında istehsal olunan konyak spirtini Tiflis, İrəvan və Kizlyar şəhərlərinə göndərirdilər. 1901-ci ildə Göyçay şəhərində Kürdəmir və Bərgüşad stansiyalarında da konyak zavodları tikildi. Kürdəmir stansiyasındakı konyak zavodu odla işləyən iki aparatdan ibarət olmaqla konyak spirtinə görə məhsuldarlığı 6 min dekalitr idi. Bu zavod ildə 10 min dekalitr hazır konyak buraxırdı. Göyçay və Bərgüşad zavodlarında distillə olunan konyak spirtiləri yetişdirmək və kupaj üçün Tiflis şəhərinə göndərilirdi. Hazır konyak məhsulu, Tiflis, Odessa, Bakı, Moskva, Peterburq, Riqa, Varşava, Samara və b. şəhərlərdə olan ticarət anbarları vasitəsilə satılırdı. Yəni bizim o vaxtlar qeyd olunan şəhərlərdə ticarət anbarlarımız var idi. 1922-ci ildə Nizami adına zavodda, indiki 1 saylı Gəncə şərab zavodunda konyak istehsalına başlanıldı. Burada məhsuldarlığı 11 min dekalitr konyak spirti olan iki aparat işləyirdi. Həmin konyak aparatının qurğuları indi də zavoddadır.

1936-ci ildən sonra Ağdam, Ağstafa , Şəmkir, Göygöl rayonunda konyak spirti çəkən, Nizami adına zavodda isə konyak spirti yetişdirən və hazır konyakı butulkalara dolduran sex yaradılıdı. 1937-ci ildə Göygöl şərab zavodunda və Nizami adına zavodda konyak spirti uzun müddətli çəlləklərə yetişdirilməyə qoyuldu.

- Azərbaycanda əvvəl və indi hansı konyak markaları istehsal olunur?

- 1945-ci ildə Nizami adına zavodda ilk dəfə olaraq “Yubiley” markalı konyak buraxıldı və tezliklə standarta daxil edildi. 1946-cı ildə “Bakı” , 1947-ci ildə “Moskva”, 1974- cü ildə “Azərbaycan”, 1977-ci ildə “Şirvan” konyakı istehsala buraxılıb. Sovet dövründə də ən iri konyak zavodları Bakı şəhərin yerləşirdi. Göyçayda böyük bir konyak zavodu, Göygöl şəhərində ən böyük konyak kombinatı var idi. Çox əfsuslar olsun ki, sovetlər dağılandan sonra Azərbaycanda konyak spirtinin saxlanması problemə çevrildi. Sonralar isə yenidən konyak spirti üçün qızıl fond yaradıldı. Konyakın saxlanılması üçün ən gözəl anbar hal-hazırda “Az-Granata” müəssəsidir. “Az-Granata” müəssəsinin konyak anbarını Azərbaycanın qızıl fondu adlandırmaq olar. Çünki bütün konyak spirtlərinin hamısı artıq 300- 500 litirlik Fransadan alınmış palıd boçkalarda saxlanılır. “Az-Granata” MMC-də yeni konyaklar istehsal edilir.

2014-cü ildə “Badikubə”, 2015-ci ildə “Xaqan” X.O (6 il və ya daha çox saxlanmış spirtlərdən hazırlanmasının göstəricisidir - red) , 2017-ci ildə “Xürrəmi” X.O, “Ağsu" X.O markalı konyaklar istehsal edilib.

- Erməni konyakının dəbdə olmasının səbəb nədir?

- Ermənistanda istehsal olunan və hal-hazırda məşhur olan konyak spirtlərinin əksəriyyəti 1984-90-ci illərdə Azərbaycandan, əsasən də Göygöl konyak zavodundan Ermənistana göndərilən konyak spirtləridir. Məhz bu konyak spirtləri Ermənistanın dünyada məhşur olmasına səbəb olub. Yəni ermənilər konyak spirtlərini xammal kimi bizdən alıblar. Xammal kimi saxlayıb, bir çox ölkələrə öz adları ilə ixrac etməklə daha da məhşurlaşdırıblar.

- Konyak Fransa brendi olduğu üçün Ermənistanda bu adda içkinin istehsalı dayandırılacaq. Azərbaycanda da eyni hal yaşana bilərmi?

- Doğrudur, çünki konyak Fransanın milli içkisidir. Konyak Fransanın Konyak şəhərində yetişdirilən üzüm sortlarından istehsal edilməklə alınır. Hətta Fransanın digər əyalətlərində konyak spirti çəkilərsə, onu konyak adlandırmırlar. Fransa artıq bir çox ölkələrdə bu addan istifadəyə qadağa qoyub. Konyakın adı bir çox ölkələrdə başqa cür adlanır. Moldovada “Dvin”, digər bir çox ölkələrdə “Brendi” deyilir. Azərbaycanda isə hələki konyak spirti konyak adı ilə satılaraq xarici ölkələrdə ixrac olunur. İnanıram ki, yaxın gələcəkdə bizdə də konyak spirtinin adı dəyişdiriləcək. Konyak spirtinin yeni bir ad altında buraxılmasına nail olacağıq. Bununla Elmi-Tədqiqat İnstitutu məşğul olacaq.

Şəbnəm Zahir

AzNews.az

image description image description image description image description image description image description image description