- İşin içi
- 16:53
- 1 312
Azərbaycan Türkiyədən sement, şüşə və keramika idxalına çəkdiyi xərci 19 %-dən çox azaldıb
Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Türkiyədən 39,034 milyon ABŞ dolları dəyərində sement, şüşə, keramika və torpaq məmulatları idxal edib.
Aznews.az xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 19,2 % azdır.
Noyabrda Türkiyə Azərbaycana 3,490 milyon ABŞ dolları dəyərində sement, şüşə, keramika və torpaq məmulatları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 11,7 % çoxdur.
11 ayda Türkiyənin sement, şüşə, keramika və torpaq məmulatları ixracının ümumi dəyəri illik müqayisədə 3,7 % artaraq 4 milyard 116,4 milyon ABŞ dollarına, noyabrda isə 4,8 % artaraq 361,7 milyon ABŞ dollarına çatıb.
Türkiyədən ən çox idxalı ABŞ 672,483 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 6,9 % çox), İtaliya 268,630 milyon ABŞ dolları (+10,4 %) və Almaniya 237,169 milyon ABŞ dolları (+2,5 %) həyata keçirib.
Aznews.az