- İşin içi
- 18:02
- 812
Azərbaycanda noyabrda mobil bankçılıq əməliyyatlarının ümumi dəyəri 36 % artıb
Bu ilin noyabr ayında Azərbaycanda müştərilərin internet bankçılıq vasitəsi ilə əməliyatlarının ümumi dəyəri 21,005 milyard manat təşkil edib.
Aznews.az xəbər verir ki, bu, aylıq müqayisədə 21,2 %, ilin əvvəlinə nisbətən 19,1 %, 2024-cü ilin noyabr ayı ilə müqayisədə isə 10,2 % azdır.
Hesabat dövründə internet bankçılıqla aparılan əməliyyatların sayı isə illik müqayisədə 31,8 % artaraq 2,479 milyona çatıb.
Noyabrda istifadəçilər tərəfindən mobil bankçılıqla 6,145 milyard manat dəyərində 78,023 milyon əməliyyat aparılıb. Bu da, 2024-cü ilin noyabr ayı ilə müqayisədə müvafiq olaraq 36 % və 41,7 % çoxdur.