Azərbaycanda aqrar sektor cüzi böyüyüb

Bu ilin yanvar ayında Azərbaycanda 582,6 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib.

Aznews.az xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə 0,1 % çoxdur.

Son 1 ildə ölkədə istehsal olunmuş bitkiçilik məhsullarının dəyəri 5,6 % artaraq 32,8 milyon manat, heyvandarlıq məhsullarının dəyəri isə 0,3 % azalaraq 549,8 milyon manat təşkil edib.

Ötən ay ölkədə diri çəkidə 47,5 min ton ət, 158,9 min ton süd, 182,8 milyon ədəd yumurta və 27,0 min ton tərəvəz istehsal olunub. 1 il əvvələ nisbətən tərəvəz istehsalı 5,6 %, ət istehsalı 0,4 % artıb, süd istehsalı 0,5 %, yumurta istehsalı 5,7 % azalıb.