- İşin içi
- 19:36
- 1 700
Azərbaycan BP ilə "yaşıl enerji" sahəsində ortaq təşəbbüsləri müzakirə edib
Azərbaycan və Böyük Britaniyanın BP şirkəti arasında "yaşıl enerji" sahəsində ortaq təşəbbüsləri müzakirə edilib.
Aznews.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Nazir vurğulayıb ki, BP-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel ilə şirkətlə əməkdaşlığın gündəliyində olan fəaliyyət istiqamətləri nəzərdən keçirilib.
O qeyd edib ki, həmçinin şirkət ilə birgə layihələrin səmərəliliyinin artırılması, iş proseslərinin qlobal sənaye standartlarına uyğun təkmilləşdirilməsi, neft-qaz əməliyyatlarında karbonsuzlaşma və innovativ metodların tətbiqi ilə real dəyərin yüksəldilməsi barədə müzakirələr aparılıb.