Azərbaycanda qoyunlar xüsusi qurğularda çimizdiriləcək - FOTO

Mobil qoyun çimizdirmə qurğuları fermerlərin istifadəsinə verilib.

Bu barədə Trend-ə Aqrar Xidmətlər Agentliyindən (AXA) məlumat verilib.

Bildirilib ki, heyvanlarda ektoparazitlərə qarşı mübarizə tədbirləri çərçivəsində fermerlərə göstərilən xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılması məqsədilə Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi tərəfindən alınmış Mobil qoyun çimizdirmə qurğuları fermerlərin istifadəsinə verilib.

Mövsümlə əlaqədar olaraq heyvanlar arasında qan-parazitar (el arasında “qızdırma” adlandırılan) xəstəliklər geniş yayılır. Bu xəstəliklərin yaranmasında ektoparazitlərin rolu böyükdür. Məhz buna görə də ektoparazitlərlə mübarizə məqsədilə dezinseksiya (gənələrə qarşı mübarizə) işləri aparılmalıdır.

Aznews.az

image description image description image description image description image description