Von der Leyen: Avropanın enerji resurslarının idxalına xərcləri İran ətrafındakı münaqişədən bəri 22 mlrd. avro artıb

Avropanın enerji resurslarının idxalına çəkdiyi xərclər İran ətrafındakı münaqişənin başlanmasından bəri 22 milyard avro artıb.

Aznews.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula Von der Leyen Brüsseldə keçirilən mətbuat konfransında bildirib.

“Hörmüz boğazının blokadası iqtisadiyyata ağır zərbə vurur. Münaqişənin 44 günü ərzində Aİ-nin enerji resursları üzrə hesabı 22 mlrd. avro artıb”, - Ursula Von der Leyen qeyd edib.

Onun sözlərinə görə, xərclərin bu cür artmasına baxmayaraq, idxalın fiziki həcmi “bir molekul belə artmayıb”.